PDF Oxu

Dünya

  • 838

Meksika həbsxanasında kütləvi qaçış cəhdi baş verib

Meksika həbsxanasında kütləvi qaçış cəhdi baş verib
"CNN" informasiya agentliyinin yaydığı məlumata görə, yaxın günlərdə Meksikanın Nuevo-Laredo şəhər həbsxanasının ən azı 40 mühafizəçisi ədalət məhkəməsi qarşısında dayanmalı olacaqdır. Penitensiar idarəsinin əməkdaşları yaxın günlərdə 153 məhbusun xüsusi avtomobillərin çıxışı üçün nəzərdə tutulan sahədən çıxıb qaçdıqlarına görə cavab verməli olacaqlar. Belə ehtimal olunur ki, mühafizəçilər məhbusların qaçmasına yaxından kömək etmişlər. Həbsxana direktoru bu insidentdən sonra dərhal "yoxa" çıxsa da, onun adı şübhəli bilinənlər siyahısına salınmamışdır. Həbsxanadan kütləvi qaçış ABŞ-ın Texas ştatı ilə həmsərhəd olan Meksikanın şimal Tamaulipas ştatında baş vermişdir. Son illərdə bu ərazidə narkotika ticarəti ilə məşğul olanlarla güc strukturlarının qarşıdurması pik nöqtəsinə çatmışdır. Nəticədə minlərlə adam həlak olmuşdur. Bir müddət əvvəl, bu ərazidəki həbsxanalardan kütləvi qaçışlar müşahidə edilmişdir. Sentyabrda 85, martda isə 40 məhbus həbsxanadan qaçmağa müvəffəq olmuşdur.

Digər xəbərlər