PDF Oxu

Dünya

  • 736

Kubada son ölüm hökmü ləğv edilib

Kubada son ölüm hökmü ləğv edilib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Kuba Ali Məhkəməsi qətl hadisəsində suçlu bilinən ABŞ vətəndaşı Umberto Eladio Realın ölüm hökmünü ləğv etmişdir. Real bu cinayəti 1994-cü ildə bir qrup cinayətkarla birlikdə törətmişdir. Məhkəmə Realın ölüm hökmünü 30 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz etmişdir. Umberto Real Kubada doğulmuş, sonra ABŞ-a köçərək orada yaşamışdır. O, 1994-cü ildə öz həmkarları ilə birlikdə qeyri-leqal surətdə Kubanın şimal sahillərinə enmişdir. O və həmkarları silahlı olmuş və polis onları həbs edənədək bir nəfəri qətlə yetirmişlər. U.Real qrup rəhbəri olduğuna görə, haqqında ölüm hökmü cəzası çıxarılmış, həmkarları isə uzun müddətliyinə azadlıqdan məhrum edilmişlər. Kuba qanunçuluğunda ölüm hökmü nəzərdə tutulur. Ancaq son illərdə ölkədə ölüm hökmünə moratorium qoyulmaqdadır. Bu səbəbdən, haqqında ölüm hökmü imzalanan məhbusların cəzaları müvafiq cəzalarla əvəz edilir. Dekabrın əvvəllərində terrorçuluqda suçlu bilinən iki Salvador vətəndaşı haqda tətbiq edilən ölüm hökmü ləğv edilmişdir.

Digər xəbərlər