PDF Oxu

Dünya

  • 656

Partlayış təhdidi səbəbindən Cənubi Osetiya parlamenti evakuasiya edilib

Partlayış təhdidi səbəbindən Cənubi Osetiya parlamenti evakuasiya edilib
"REGNUM" informasiya agentliyinin yaydığı məlumata görə, Cənubi Osetiya parlamenti partlayış təhdidi ilə öz işini dayandırmalı olmuşdur. Dekabrın 29-da səhər naməlum şəxs parlamentə zəng edib binaya mina qoyulduğunu bildirmişdir. Onun dediyinə görə, tezliklə parlament binası darmadağın ediləcəkdir. Parlamentin spikeri Stanislav Koçiyev parlament yığıncağını dayandırmışdır. Binada olanların hamısı təcili olaraq evaukasiya edilmişdir. Yoxlama aparmaq üçün parlamentə sapyorlar dəvət edilmişdir. Cənubi Osetiya prezidentinin mətbuat katibi Vyaçeslav Sedov RİA "Novosti" agentliyinə verdiyi məlumata görə, fakt özünü doğrultmamışdır.

Digər xəbərlər