PDF Oxu

Dünya

  • 735

İranda İsrail casusu edam edilib

İranda İsrail casusu edam edilib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, İranda İsrailin xeyirinə casusluq edən yerli yəhudi edam edilmişdir. İstintaqın versiyasına görə, Əli Əkbər Siadat İsrailin xüsusi xidmət orqanı olan "Mossad"a işləmişdir. O, "Mossad" casusluq şəbəkəsinə İranın silahlı qüvvələri haqda məlumatlar ötürmüşdür. İttihamın iddiasına görə, Siadat İsrailə 6 il casusluq etmişdir. O, "Mossad" nümayəndələri ilə Türkiyə, Tayland və Hollandiyanın restoranlarında görüşmüşdür.
Siadatın İsrailə ötürdüyü informasiyalar İranın hərbi bazalarının yer dəyişmələri və İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) raket proqramını əhatə etmişdir. "Yerusəlim Post" qəzetinin yazdığına görə, "Mossad" Siadatdan İranın hərbi-hava qüvvələri haqda məlumatlar almışdır. İstintaqın ehtimalına görə, casus bütün xidmətlərinə görə cəmi 60 min dollar qonorar almışdır.
Siadat və onun arvadı 2008-ci ildə İrandan köçmək istərkən yaxalanmışdır. "Yerusəlim Post"un məlumatına görə, bir müddət sonra ər-arvad buraxılsalar da, 2009-cu ildə onlar yenidən həbs edilmişlər. Həbsin səbəbi Siadatın çamadanından məxfi sənədlərin çıxması olmuşdur. Tehran prokuroru dekabrın 26-da başqa bir İsrail casusunun da asıldığı haqda məlumat vermişdir.

Digər xəbərlər