PDF Oxu

Dünya

  • 816

Həririnin qətlinin təhqiqatı başa çatıb

Həririnin qətlinin təhqiqatı başa çatıb
"Yediot Axronot" qəzetinin yazdığına görə, BMT-nin Beynəlxalq Tribunalı Livanın baş naziri Rafiq Həririnin sui-qəsdi ilə bağlı təhqiqatını başa çatdırmışdır. Qəzetin qeydinə görə, məhkəmə yalnız "şübhə altına alınması qeyri-mümkün olan aydın sübutlara" əsaslanmışdır. Tribunalın nə vaxt ittihamı bəyan edəcəyi məlum deyil. R.Həriri 2005-ci ilin fevralında qətlə yetirilmişdir. O, Beyrutda öz kortejinin müşayiəti ilə gedərkən, terror aktı nəticəsində həlak olmuşdur. Belə ehtimal olunur ki, Həririnin sui-qəsd ittihamı "Hizbullah" Livan islam hərəkatı üzvlərinə şamil edilməsi ehtimal edilir. Bu üzvlərin sayı 2-8 arasındadır. "Hizbullah" nümayəndələri dəfələrlə sui-qəsddə əlləri olmadığını bəyan etmişlər. Onların dediklərinə görə, ittihamın onların üzərinə atılmasının səbəbi o vaxt Livandakı mövcud siyasi böhran olmuşdur. Həmin vaxt islamçılar əhalini Beyrutun küçələrinə çıxarır və hərbi güc tətbiq edəcəkləri ilə hədələyirdilər. "Hizbullah"ın nəzarətində bir neçə min silahlı fəaliyyət göstərirdi. "Hizbullah" lideri şeyx Həsən Nəsrullah əvvəllər belə bir bəyanat irəli sürmüşdür ki, Rafiq Həririnin qətlini İsrail təşkil etmişdir. "Yerusəlim Post" yazır ki, Livanın hazırkı baş naziri Saad Həriri BMT mütəxəssislərinə təhqiqatı başa çatdırıb, ölkə ərazisini tərk etməyi tövsiyə etmişdir.

Digər xəbərlər