PDF Oxu

Dünya

  • 667

Qar Nyu-Yorkda hərəkəti iflic vəziyyətə salıb

Qar Nyu-Yorkda hərəkəti iflic vəziyyətə salıb
"Nyu-York Tayms" qəzetinin yazdığına görə, ABŞ-ın qərb sahillərində güclü qar tufanı baş vermiş və nəticədə ən çox zərər çəkən Nyu-York şəhəri olmuşdur. Bazar günü və bazar ertəsi səhər şəhərə yarım metrdən çox qar yağmışdır. Yağan qar güclü külək və ildırım çaxması ilə müşayiət edilmiş və nəticədə şəhərin avtomobil və dəmir yolları iflic vəziyyətinə düşmüşdür. Milyonlarla şəhər əhalisi işə çıxmamışdır. Güclü külək elektrik naqillərini sıradan çıxarmış və Nyu-Yorkda 8 mindən çox ev işıqsız qalmışdır. Elektrik cərəyanının kəsilməsi Massaçusets, Lonq-Aylend və Nyu-Cersi ştatlarında da müşahidə edilmişdir. İri qar yığınları şəhər metrosunun hərəkətini dayandırmışdır. Minlərlə adam yeraltı qatarlarda qalmışdır. Məlumata görə, metro qatarlarından birində sərnişinlər 11 saat qalmışlar. Aviareyslər də təxirə salınmışdır. Nyu-Yorkun üç aeroportunda - Conn Kennedi, La Qardia və Nyuark Libertidə aviasiya xidməti dayandırılmışdır. Təyyarə reyslərinin bəziləri bazar ertəsi axşam bərpa edilməyə başlamışdır. Qar yağmağa başladıqdan sonra 4,5 min təyyarə reysi təxirə salınmışdır. Nyu-Yorkun şəhər xidmətinin işi tam həcmdə yerinə yetirilmir. Şəhərə yağan qarın nə vaxt təmizlənəcəyi məlum deyil. Qəzet yazır ki, həftənin axırlarına yaxın şəhərdə temperatur 4 dərəcə aşağı enəcəkdir. Hətta bu şəraitdə də tezliklə qarı təmizləmək mümkün olmayacaq. Yalnız təyyarə ilə yük daşınmalarına 100 milyonlarla dollar zərər dəyişmişdir.

Digər xəbərlər