PDF Oxu

Dünya

  • 823

Yaponiya Medvedevin Kurildən birgə istifadə etmək haqda təklif irəli sürmədiyini bəyan edib

Yaponiya Medvedevin Kurildən birgə istifadə etmək haqda təklif irəli sürmədiyini bəyan edib
RİA "Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, Yaponiya hökuməti Rusiya prezidenti Dmitri Medvedevin Cənubi Kurildə azad ticarət zonası yaradılması haqda təklif vermədiyini bəyan etmişdir. Yaponiya tərəfdən bu yöndə bəyanatı dekabrın 27-də ölkənin xarici işlər naziri Takeaki Mutsumoto vermişdir. Tokioda keçirdiyi mətbuat konfransında T.Mutsumoto RF prezidentinin Kurilin Rusiya ərazisi olduğunu bəyan etməsinin "Yaponiyanın mövqeyi ilə uyğun gəlmədiyini" bildirmişdir.
Rusiya prezidenti D.Medvedev demişdir ki, o, dekabrın 24-də ölkənin üç federal telekanalına verdiyi müsahibədə Kuril adalarında vahid iqtisadi zona yaratmağı təklif etmişdir. "Birgə iqtisadi layihələrini gerçəkləşdirilməsi kimi heç nə ölkələrimizi yaxınlaşdırmağa qadir deyil" deyə D.Medvedev bildirmişdir. Onun fikrincə, Kurildə yaradılmış vahid iqtisadi zona həm Rusiya, həm də Yaponiya üçün faydalı ola bilər: "Ora gələnlər pul qazanacaqlar. Kuril adalarında xüsusi mikrobmühit yaradılacaqdır. Adamlar ora işləməyə gələcəklər. Yaponiya vətəndaşları da öz tarixi torpaqlarına gəlib işləmək hüququnda olacaqlar." Bununla yanaşı, D.Medvedev Rusiyanın Kuril adalarından imtina etməyəcəyini də bildirmişdir.
2010-cu ilin noyabrında D.Medvedevin Kunaşir adasına səfər etməsi az qala Rusiya ilə Yaponiya arasında diplomatik münasibətlərin pozulmasına səbəb olacaqdı. Xatırladırıq ki, rəsmi Tokio Kuril adalarını öz ərazisi hesab edir. Həmin vaxt Yaponiya Rusiyadakı səfiri Masaxaru Kononu geri çağırmışdı. Tezliklə məlum olmuşdu ki, M.Kono 2011-ci ilin əvvəllərinədək istefaya göndəriləcəkdir.

Digər xəbərlər