PDF Oxu

Dünya

  • 942

Pakistanda terror aktı nəticəsində 39 nəfər həlak oldu

Pakistanda terror aktı nəticəsində 39 nəfər həlak oldu
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, istirahət günü Pakistanın şimal-qərbində baş vermiş terror aktı nəticəsində ən azı 39 nəfər həlak olub, 60 nəfər yaralanmışdır. Hadisə Pakistanın Bacaur əyalətinin paytaxtı Khar şəhərində baş vermişdir. Şəhərə ərzaq malları paylanan məntəqə yaxınlığında kamikadze üzərinə bərkitdiyi partlayıcı qurğunu işə salmışdır. Bu yer Əfqanıstan sərhədi yaxınlığında yerləşir. Yaralananlar şəhər xəstəxanasına yerləşdirilmişdir. Onların bir neçəsi ağır vəziyyətdədir.

Digər xəbərlər