PDF Oxu

Dünya

  • 625

İsrail hərbçiləri "İslam Cihadı"nın 2 fəalını güllələyiblər

İsrail hərbçiləri "İslam Cihadı"nın 2 fəalını güllələyiblər
"Frans Press" informasiya agentliyinin Fələstin mənbələrinə əsaslanaraq, yaydığı məlumata görə, bazar günü İsrail hərbçilərinin Qəzza bölgəsində "İslam Cihadı" hərəkatının iki fəalını güllələmişlər. "Ünet News"in məlumatına görə, güllələnmiş islamçılar İsrail sərhədində partlayıcı qurğu basdırmaq istəyirdilər. İnsident Xan-Yunisin şərqində baş vermişdir. İsrail hərbçiləri islamçılarla atışmışlar. Fələstin tərəfdən iki nəfərin öldürülməsi faktını şahidlər və "Əl-Qüds Briqadası" təşkilatının nümayəndələri də təsdiq edirlər. İsrail tərəf, hələlik, insident haqda rəsmi açıqlama verməyib.

Digər xəbərlər