PDF Oxu

Dünya

  • 824

Rumıniya parlamentində jurnalist özünü eyvandan yığıncaq zalına atıb

Rumıniya parlamentində jurnalist özünü eyvandan yığıncaq zalına atıb
"Röyters" informasiya agentliyinin yaydığı məlumata görə, dekabrın 23-də 40 yaşlı jurnalist özünü eyvandan parlamentin yığıncaq zalına atdıqdan sonra Rumıniya parlamenti öz işini dayandırmışdır.
"TVR" Rumıniya telekompaniyasının əməkdaşı özünü eyvandan yığıncaq zalına ölkənin baş naziri Emil Bok tribunaya qalxdıqdan sonra atmışdır. Həmin vaxt yığıncaqda büdcə kəsirlərinin ixtisara salınması ilə əlaqədar hökumətə etimad məsələsi müzakirə edilməli idi. Özünü zala atmış jurnalistin maykasının üzərində bu sözlər yazılmışdı: "Siz uşaqlarımızın gələcəyini məhvə sürükləmisiniz."
İnsident zamanı yeganə xəsarət almış şəxs jurnalistin özü olmuşdu. Onun bir neçə üz sümüyü sınmış və beyni silkələnmişdir. Jurnalist dərhal xəstəxanaya çatdırılmışdır. Onun vəziyyətinin yaxşı olduğu bildirilir. Jurnalistin həmkarlarının dediklərinə görə, hökumətin yarıtmaz siyasəti nəticəsində xəsarət alan şəxsin autizdən əziyyət çəkən oğlu tibbi imtiyazlardan məhrum edilmişdir.
"Röyters"in məlumatına görə, jurnalist xəstəxanaya aparıldıqdan sonra parlament yığıncağı davam etdirilsə də, Emil Bok hökumətinə etimadsızlıq göstərilməmişdir.

Digər xəbərlər