PDF Oxu

Dünya

  • 640

Rusiya vətəndaşlarının 10 nəfərindən biri talanlarda iştrak etməyə razılıq verib

Rusiya vətəndaşlarının 10 nəfərindən biri talanlarda iştrak etməyə razılıq verib
"Vedemosti" qəzetinin ÜİRÖM-ə əsaslanaraq yazdığına görə, Rusiya vətəndaşlarının hər on nəfərindən biri dekabrın 11-də Moskvanın Manej meydanında keçirilmiş etiraz aksiyasında talanlarda iştirak etməyə razılıq vermişdir. Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (ÜİRÖM) apardığı təhqiqatlara görə, Rusiyada rəyi soruşulanların 18%-i, yəni az qala 5% Rusiya vətəndaşı futbol fanatlarının talançılıq törətmələrinə rəğbətlə yanaşdığını bildirmişdir. Moskva və Sankt-Peterburqdakı respondetlərin 37%-i etiraz aksiyaları keçirənlərə rəğbətlə yanaşdıqlarını bildirmişdir. Rusiyalıların 65%-ə yaxını isə fanatların hərəkətlərinə mənfi münasibət göstərdiyini bildirmişdir. Rəyi soruşulanların cəmi 9%-i Manej talanlarının milli konflikt olduğunu bildirmişdir. Respondetlərin 22%-i keçirilən etiraz aksiyasını hökumətin fəaliyyətsizliyi, qanunçuluğa əməl edilməməsi və qətl kimi xarakterizə etmişdir. ÜİRÖM rəy sorğusunu 18-19 dekabrda Rusiyanın 138 yaşayış məntəqəsində keçirmişdir.

Digər xəbərlər