PDF Oxu

Dünya

  • 990

Alman terrorçusu Pakistana marmelad ayıcıqlar göndərdiyini etiraf edib

Alman terrorçusu Pakistana marmelad ayıcıqlar göndərdiyini etiraf edib
"DAPD" informasiya agentliyinin yaydığı məlumata görə, alman islamçısı Frits Gelovitsin AFR-də törədilmiş terror aktlarında suçlu bilinən arvadı Berlin torpaq məhkəməsində keçirilən prosesdə Əfqanıstan və Papkistandakı terrorçu qruplaşmalara yardım etmək üçün pul yığmaqla məşğul olduğunu etiraf etmişdir. 29 yaşlı Fritsin arvadı Filits də, öz növbəsində, "fisebilillah" ("Allah yolunda" mənasını verir) adı altında internetdə terrorçuların təşviqat materiallarını fəal surətdə yaydığını boynuna almışdır. "Tagesşpigel" nəşrinin yazdığına görə, ittiham edilən qadın pul yığmaqla yanaşı, həm də şirniyyat topladığını bəyan etmişdir. Filits Əfqanıstan-Pakistan sərhədindəki məşq düşərgəsinə getmiş "bir alman bacının" xahişi ilə ona şokoladlı qoz, krem hazırlamaq üçün quru süd və marmelad ayıcıqları da göndərdiyini etiraf etmişdir. Filits cari ilin fevralında həbs edilmişdi. Onunla birlikdə 20 yaşlı Berlin sakini Alikan da tutulmuşdu. Bu şəxs terrorçulara yardım edən qadına vasitəçilik etmişdir. İstintaqa məlum olmuşdur ki, ər və arvad "Zauerland özəyi"nin liderləri olmuşlar və bir neçə terror aktı keçirməyi planlaşdırırmışlar. Onların başlıca məqsədləri ABŞ-ın AFR-dəki mülki, hərbi müəssisələrini, o cümlədən, Almaniyada amerikalıların getdikləri diskoteka zalları, restoran və barları partlatmaq olmuşdur. Ər və arvad Gelovitslər 2007-ci ilin sentyabrında həbs edilmişlər. 2010-cu ilin martında məhkəmə onlara 5 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası kəsmişdir.

Digər xəbərlər