PDF Oxu

Dünya

  • 758

Nazarbayevə referendumun səlahiyyət müddətinin uzadılması təklif edilib

Nazarbayevə referendumun səlahiyyət müddətinin uzadılması təklif edilib
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, Qazaxıstan ictimai xadimlərinin bir qrupu ölkə prezidenti Nursultan Nazarbayevə müraciət edərək, prezident səlahiyyətlərinin müddətini 2020-ci ilədək uzatmağı xahiş etmişlər. Onların fikrincə, bu ideyanın gerçəkləşdirmək üçün ümumrespublika referendumu keçirilməlidir. Bu mövqeyin təşəbbüsçüləri ilk addım kimi Ust-Kamenoqorskda forum təşkil etmişlər. Ust-Kamenoqorsk Şərqi Qazaxıstan vilayətinin administrativ mərkəzidir. Foruma ölkənin müxtəlif regionlarından 800 nəfərdən çox adam toplaşmışdır. Regionların yerli orqanlarının nümayəndələri və parlament deputatları da forumda iştirak etmişlər. Forumda çıxış edən ictimai xadim Oljas Suleymenov iqtidarda olan prezidenti ölkə həyatında baş verməkdə olan "vacib qərarların qəbul edilməsindən" kənarlaşdırmağın səhv addım olacağını bildirmişdir. Forum iştirakçıları onun çıxışını alqışlarla qarşılamışlar. Hazırda forum iştirakçıları referendumun keçirilməsi üçün təşəbbüs qrupu yaratmaqla məşğuldurlar. Analoji referendum Qazaxıstanda 1995-ci ildə keçirilmişdi. O vaxt BMT səlahiyyətləri xeyli uzadılmışdı. N.Nazarbayev prezident postunu 1990-cı ildən tutur. 2010-cu ildə ona "milli lider" statusu verilmişdir. Bu status prezident postu tutumuş şəxsi cinayət təhdidindən müdafiə edir. Qazaxıstan mətbuatında belə bir şayiə dolaşır ki, N.Nazarbayev daha 10 il müddətində hakimiyyətdə qalmaq istəyir. Məhz 2020-ci ilədək dövlət strategiyasının innovativ-sənaye inkişafının yüksəldilməsi ona həvalə edilir.

Digər xəbərlər