PDF Oxu

Dünya

  • 740

“Əl-Qaida” amerikalılara zəhərli ərzaq yedirəcəyini planlaşdırır

“Əl-Qaida” amerikalılara zəhərli ərzaq yedirəcəyini planlaşdırır
"CNN" telekanalının ABŞ Milli Təhlükəsizlik Nazirliyinə əsaslanaraq, yaydığı məlumata görə, "Ərəbistan yarımadasında əl-Qaida" terrorçu təşkilatı Amerika kafe və restoranlarında istifadə edilmək üçün zəhərli ərzaq məhsulları ixrac etməsi məsələsini gündəliyə gətirmişdir. Terrorçuların ərzaq məhsullarının tərkibinə ritsin və sianid maddələri əlavə etmək haqqında məlumat Amerika xüsusi xidmət orqanlarına bir neçə ay əvvəl məlum idi. Sonuncu məlumatı aldıqdan sonra federal təhlükəsizlik xidməti mehmanxana və restoran biznesi nümayəndələrini ixrac məhsulları alarkən, diqqətli olmağa çağırmışdır. ABŞ Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının məlumatına görə, "Ərəbistan yarımadasında əl-Qaida" zəhərli ərzaq məsələsini cəmi bir dəfə Qərb ölkələrini terrorla hədələyən zaman müzakirə etmişdir. Ancaq bu yöndə konkret bir faktın müşahidə edilmədiyi bildirilir. Təhlükəsizlik Nazirliyinin rəsmi nümayəndəsi Şon Smit kütləvi informasiya vasitələri ilə zəhərli ərzaq məhsulları haqda gedən məlumatları qeyri-ciddi hesab edərək, onlar haqda heç bir şərh verməmişdir. Bu zaman o, qeyd etmişdir ki, haqqında söhbət gedən terrorçu təşkilatın bu cür terror aktını gerçəkləşdirməsi üçün nə gücü, nə də vəsaiti yoxdur.

Digər xəbərlər