PDF Oxu

Dünya

  • 701

Danimarka polisi Çeçenistan vətəndaşını terrorçuluqda suçlu bilib

Danimarka polisi Çeçenistan vətəndaşını terrorçuluqda suçlu bilib
"TV 2" Danimarka telekanalının dekabrın 22-də verdiyi məlumata görə, ölkə polisi 2010-cu ilin sentyabrında Kopenhagendə saxlanılan və terrorizmdə şübhəli bilinən Çeçenistan vətəndaşı Lorsu Dukayev əleyhinə ittiham iddiası qaldırmışdır. 24 yaşlı L.Dukayev əvvəllər partlayıcı qurğu hazırlamaqda və odlu silah gəzdirməkdə ittiham olunurdu. Danimarka polisi Çeçenistan vətəndaşının terrorçuluq aktı hazırlamasını aşkar edildiyini bəyan etmişdir. L.Dukayev Kopenhagen mehmanxana nömrələrindən birinin vannasında olarkən, partlayıcı qurğu əlində işə düşdükdən sonra həbs edilmişdir. Gənc, mehmanxana yaxınlığındakı parkda gizlənmək istəsə də, cəhdi baş tutmamış və tezliklə polis onu həbs etmişdir. Belə ehtimal edilir ki, partlayıcı qurğu "Jullanads-Posten" Danimarka qəzetinin redaksiyasında partladılmalı idi. Xatırladırıq ki, bu qəzet 2005-ci ildə Məhəmməd peyğəmbərin karikaturasını dərc etmişdi. Polis L.Dukayevin üzərində qəzet redaksiyasının yerləşdiyi Aarxus şəhərinin xəritəsini və redaksiyanını ünvanını aşkar etmişdir. "Assoşieyted Press" informasiya agentliyinin məlumatına görə, L.Dukayev üzərinə qoyulan hər cür ittihamı inkar edir və müstəntiqlərə heç bir ifadə vermir. Günahının sübut olunacağı təqdirdə, onu ömürlük həbs cəzası gözləyir

Digər xəbərlər