PDF Oxu

Dünya

  • 662

Fransa və Almaniya Rumıniya və Bolqarıstanı Şengen Zonasına buraxmır

Fransa və Almaniya Rumıniya və Bolqarıstanı Şengen Zonasına buraxmır
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Fransa və Almaniyanın rəsmi dairələri 2011-ci ilin martında Şengen Zonasına qəbul ediləcəyi planlaşdırılan Rumıniya və Bolqarıstanın təkliflərini blokadaya almışlar. Fransa və Almaniya Daxili İşlər Nazirliyi başçılarının birgə rəsmi müraciətində deyilir ki, indiki halda Rumıniya və Bolqarıstanın vizasız məkana daxil edilməsi vaxtından əvvəl qəbul edilmiş səhv addım olardı. Nazirlər belə hesab edirlər ki, nə Sofiya, nə də Buxarest ölkə daxilindəki cinayətkarlığa və korrupsiya hallarına qarşı mübarizə apara bilmir. Rumıniya prezidenti Trayan Besesku Fransa-Almaniya təşəbbüsünü kəskin tənqid etmiş və bunu üzərlərinə tətbiq edilən diskriminasiya təzahürü kimi xarakterizə etmişdir. Bolqarıstanın Xarici İşlər Nazirliyi məsələyə nisbətən loyal münasibət göstərmiş və Şengen Zonasına daxil olmaq üçün əlindən gələni əsirgəməyəcəyini bildirmişdir. Agentlik qeyd edir ki, ölkələrin Şengen Zonasına qəbul edilmələri üçün 25 zona iştirakçılarının hamısının razılığı lazımdır. Hazırda Şengen Zonasına 27 Avropa Birliyi ölkəsindən 22-si və İslandiya, İsveçrə, bir də Norveç qəbul edilmişdir. Rumıniya və Bolqarıstan Avropa Birliyinə 2007-ci ildə qəbul edilmişdir.

Digər xəbərlər