PDF Oxu

Dünya

  • 805

ABŞ Belarus seçkilərinin nəticələrini qəbul etmədi

ABŞ Belarus seçkilərinin nəticələrini qəbul etmədi
"Röyters" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ-ın Dövlət Departamenti Minskdə nümayişçilər qovularkən, güc tətbiq edilməsini nəzərə alıb, Belarusda keçirilən prezident seçkilərinin nəticələrini tanımadığını bildirmişdir. "Frans Press" informasiya agentliyi ABŞ Dövlət Departamentinin mətbuat attaşesi Filipp Kroulinin bəyanatını təqdim edib: "ABŞ-ın rəsmi dairələri Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) komissiyasının Belarus ərazisindən çıxarılmasına razıdır. Ancaq prezident seçkilərinin legitimliyi məsələsinə yenidən baxmayacağıq." Ağ Evin mətbuat katibi Robert Gibbs Belarus hökumətinin 19-20 dekabrda etiraz aksiyasını kobud surətdə dağıtmasını "ölkələrin qarşılıqlı münasibətləri geriyə atılmış addım" kimi qiymətləndirmiş və həbs edilmiş prezidentliyə namizədlərin və etiraz aksiyası iştirakçılarının dərhal buraxılmalarını tələb etmişdir. Seçkilərdə qalib gəlmiş Aleksandr Lukaşenko "Euronyus" telekanalına verdiyi müsahibədə təcridxanada saxlanılan prezidentliyə namizədlərin adlarını çəkmişdir: "Orada 8 və ya 9 prezidentliyə namizəd yox, 2 və ya 3 nəfər istintaq altındadır. Mümkündür ki, indiyədək onları buraxmış olsunlar". Bir müddət əvvəl A.Lukaşenko müxalifətçilərin 20 dekabrda keçirdikləri mitinqdə 639 nəfərin saxlandığını bəyan etmişdi.

Digər xəbərlər