PDF Oxu

Dünya

  • 778

Manej meydanında baş vermiş hadisələr qanun pozuntusu sayılmayıb

Manej meydanında baş vermiş hadisələr qanun pozuntusu sayılmayıb
"Kommersant" qəzetinin dekabrın 21-də yazdığına görə, dekabrın 11-də Manej meydanında baş vermiş kütləvi qanun pozuntuları müstəntiqlər tərəfindən qanun pozuntusu kimi xarakterizə edilməmişdir. İstintaq komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin hadisə zamanı sübutedici faktların aşkar edilmədiyini bildirmişdir. Onun fikrincə, mitinq iştirakçılarını qanun pozuntusuna çağırışlar etməkdə, milisə tabe olmamaqda və vətəndaşlara güc tətbiq etməsə müqəssir hesab etmək olar. İstintaq bu fikrə gəlmişdir ki, milisin işə qarışması qanun pozuntusu dairəsinin genişlənməsinin qarşısını almışdır. Qarşıdurma zamanı mitinq iştirakçıları silahlardan və partlayıcı qurğulardan istifadə edə bilməmiş, yanğın və talan törətməyə macal tapmamışlar. Manej meydanında baş vermiş qanun pozuntusunun ən fəal iştirakçılarının 22 nəfəri əleyhinə cinayət işi qaldırılmışdır. Onların hər birini ən çoxu 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir. Qanun pozuntusunun ən fəal iştirakçısı İlya Kurbakov hesab edilmişdir. O, Qırğızıstan vətəndaşını qətlə yetirdiyinə görə, həbs edilmişdir. Onlarla qanun pozuntusu iştirakçısı 500 rubl həcmində cərimə ödəmişdir.

Digər xəbərlər