PDF Oxu

Dünya

  • 1 149

Qay Yuli Sezar Bundestaq deputatı seçilib

Qay Yuli Sezar Bundestaq deputatı seçilib
"Augsburger Allgemeine" nəşrinin yazdığına görə, Qay Yuli Sezar alman Bundestaqının deputatı olmuşdur. İqtidarda olan Xristian-Demokratlar Birliyinin (XDB) təmsilçisi və Lippe dairəsinin nümayəndəsi olan 60 yaşlı siyasətçi Bundestaqda mühafizəkarların maliyyə eksperti Leo Dauttsenberqi əvəz etmişdir. Mandatını yerə qoymuş mühafizəkar rəqib "Evonik" sənaye konsernində işə düzəlmişdir. Yeni Bundestaq deputatı təntənə ilə səslənən Sezar soyadına bu cür münasibət bildirmişdir: "Sezar soyadına daha çox Qay Yuli adı münasib gəlir. Bu adı mənə qoyduqlarına görə, valideynlərimə minnətdaram." Xatırladırıq ki, bu şəxs ikinci dəfədir ki, Bundestaqa seçilib. Qay Yuli Sezar adını yalnız adıçəkilən deputat deyil, onun 84 yaşlı atası, böyük oğlu və nəvəsi də daşıyır. Adının böyük Roma sərkərdəsinə aidiyyatı məsələsinə deputat münasibət bildirmişdir: "Bunu istisna edə bilməsəm də, sübut da edə bilmərəm." Deputatın bu qeyri-adi adı ona qarşı olan diqqəti artırsa da, bəzi hallarda anlaşılmazlıqlarla nəticələnir. Məsələn, AFR-in maliyyə naziri Volfqanq Şoyble qarşısında duran şəxsin Qay Yuli Sezar olmasına inanmayaraq, ondan şəxsiyyətini təsdiq edən sənəd tələb etmişdir.

Digər xəbərlər