PDF Oxu

Dünya

  • 717

ABŞ Konqresinin Aşağı Palatası 2011-ci il hərbi büdcəsini bəyənib

ABŞ Konqresinin Aşağı Palatası 2011-ci il hərbi büdcəsini bəyənib
"Defense Nyus" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ Konqresi Aşağı Palatası 2011-ci il hərbi büdcə layihəsini bəyənmişdir. Konqresmenlərin 341 nəfəri layihənin lehinə, 48 nəfəri isə əleyhinə səs vermişdir. Yaxın vaxtlarda layihə baxılmaq üçün Senata təqdim ediləcəkdir. Büdcə layihəsini heç bir dəyişiklik edilmədən gerçəkləşdirəcəyi təqdirdə, 2001-ci ildə Pentaqonun hərbi büdcə üçün sərf edəcəyi məbləğ 725 milyon dollar məbləğində olacaqdır.
ABŞ-ın Müdafiə Nazirliyi silah alınması üçün Konqresdən 708,3 milyard dollar istəyirdi. Həmin pulların 549 milyard dollarına müdafiə proqramı üçün silah alınacaqdı, qalan 159,3 milyard dollara isə xaricdə harbi əməliyyatlar aparılacaqdı. Bir müddət sonra bu rəqəmlər üzərində korrektələr edilmişdir. Hərbi layihələr üçün 566,3 milyard dollar, xarici ölkələrdə keçiriləcək hərbi əməliyyatlar üçün isə 158,7 milyard dollar ayırmağı qənaətbəxş hesab etmişdir.
ABŞ-ın 2010-cu il hərbi büdcəsi 636 milyard dollar təşkil edir. Bu məbləğlə İraq və Əfqanıstanda keçiriləcək hərbi əməliyyatlara start veriləcəkdir. ABŞ-ın müdafiə naziri indiyədək 400 milyard dollar məbləğində yeni hərbi texnika almışdır. ABŞ Konqresinin büdcə idarəsinin hesabatına görə, 2011-2028-ci illər ərzində Müdafiə Nazirliyinin çəkdiyi xərc 10,3 trilyon dollara çatacaqdır.

Digər xəbərlər