PDF Oxu

Dünya

  • 615

KXDR MAQATE müfəttişlərini ölkə ərazisinə buraxacaq

KXDR MAQATE müfəttişlərini ölkə ərazisinə buraxacaq
"CNN" informasiya agentliyinin yaydığı məlumata görə, KXDR hökuməti MAQATE müfəttişlərini ölkə ərazisindəki nüvə obyektlərinin yoxlanmasına buraxacaqdır. ABŞ-ın Nyu-Meksiko ştatının qubernatoru Bill Riçardson dekabrın 27-də KXDR-də rəsmi səfərdə olarkən bu razılaşmaya nail olmuşlar. ABŞ-ın BMT-dəki nümayəndəliyi Cənubi Koreyaya 12 min uran sterjeni vermişdir. Bu qədər sterjenlə 6-8 nüvə başlığı düzəltmək mümkündür. "Frans-Press" məlumat verir ki, həmin sterjenlər zənginləşdirmə məntəqəsinə göndərilmişdir. B.Riçardson bazar ertəsi KXDR-də beşgünlük səfərini başa çatdıracaqdır. O, səfərin axırlarında nüvə məsələləri üzrə mütəxəssis olan Kim Ge Qvanla danışıq aparacaqdır. Qubernatorun bu səfəri fərdi xarakter daşısa da, o, ABŞ-ın rəsmi mövqeyini təmsil edir. O, səfəri çərçivəsində KXDR-in yüksək vəzifəli məmurları ilə görüşmüş və ABŞ-ın mövqeyini ifadə etmişdir. Xatırladırıq ki, 2009-cu ilin aprelində Şimali Koreya nüvə tərksilahı üzrə altıtərəfli danışıqlardan çıxmışdır.

Digər xəbərlər