PDF Oxu

Dünya

  • 606

Angela Merkel gözlənilmədən Əfqanıstana uçub

Angela Merkel gözlənilmədən Əfqanıstana uçub
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, dekabrın 18-də Almaniya kansleri Angela Merkel gözlənilmədən Əfqanıstana uçmuşdur. Onu ölkənin müdafiə naziri və Əfqanıstandakı hərbi komandan müşayiət edib. Almaniyanın nümayəndə heyəti dekabrın 18-də səhər tezdən Əfqanıstanın şimalında yerləşən Kunduz hərbi bazasına gəlmişdir. Bu ərazidə NATO hərbi kontingenti daxilində Almaniya hərbçiləri dislokasiya olunmuşdur. Görüşün təfərrüatı haqda məlumat verilmir. Hazırda Əfqanıstanda 4700 nəfər Almaniya hərbi qulluqçusu xidmət edir. Onların regiondan çıxarılması 2011-ci ilin axırlarında başlanacaqdır. Yanvar ayında Almaniya parlamentində Əfqanıstandakı hərbi kontingentin missiyası haqda səsvermə keçiriləcəkdir. Əfqanıstanda 40 nəfərdən çox alman hərbi qulluqçusu qətlə yetirilmişdir. Son qətl hadisəsi dekabrın 17-də qeydə alınmışdır. 21 yaşlı alman əsgəri odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilmişdir. İlkin məlumata görə, bu, təsadüfi hadisə olmuşdur.

Digər xəbərlər