PDF Oxu

Dünya

  • 662

Qırğızıstanda yeni iqtidar koalisiyası formalaşıb

Qırğızıstanda yeni iqtidar koalisiyası formalaşıb
"İnterfaks" informasiya agentliyinin dekabrın 16-da yaydığı məlumata görə, Qırğızıstan parlamentində yeni iqtidar koalisiyası formalaşdırılmışdır. "Respublika" parlament fraksiyasının katibliyi məlumatın doğruluğunu təsdiq etmişdir. "Respublika" fraksiyası ilə yanaşı, koalisiyanın tərkibinə Qırğızıstan Sosial-Demokrat Partiyası (QSDP) və "Ata-Jurt" ("Ata Yurdu") Partiyası daxil edilmişdir. Yeni koalisiyanın yaradılması haqda rəsmi məktub Qırğızıstan parlamentinin spikeri Taşbolot Baltabayevə təqdim edilmişdir. Agentliyin ehtimalına görə, yaradılmış yeni koalisiya parlamentin 120 kürsüsündən 77-sini qazandığından, nəzarəti öz üzərinə götürmüşdür. "Respublika" fraksiyası 23, QSDP 28, "Ata-Jurt" isə 26 yer qazanmışdır. Qalan səsləri "Ata Məkan" və "Ar-Namus" partiyaları öz aralarında bölüşmüşlər.

Digər xəbərlər