PDF Oxu

Dünya

  • 594

Nyu-Meksiko qubernatoru bandit Bill Kidi əfv etməyə hazırlaşır

Nyu-Meksiko qubernatoru bandit Bill Kidi əfv etməyə hazırlaşır
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ-ın Nyu-Meksiko ştatının qubernatoru Bill Riçardson yaxın vaxtlarda quldur Bill Kidin əfv edilməsi məsələsinə məhkəmə baxışı keçirmək niyyətindədir. Xatırladırıq ki, B.Kid Vəhşi Qərbin fəth edilməsi dövrünün quldurlarındandır. ABŞ-ın BMT-dəki keçmiş sədri B.Riçardson dekabrın 6-da məhkəmə işinə baxılacağını bəyan etmişdir. Məhkəmə baxışında başlıca diqqət o vaxt bağlanmış müqaviləyə yönəldiləcəkdir. 19-cu əsrdə Nyu-Meksiko qubernatoru olan Lyu Uolles B.Kidlə belə bir müqavilə bağlamışdır ki, onun bütün ittihamlarını üzərindən götürəcəkdir. B.Riçardson qeyd etmişdir ki, doğma ştatının keçmiş tarixini sevir və B.Kidin həyatının son illərinin təfərrüatı daim onu maraqlandırmışdır. B.Kidin qatili şerif Pet Qerrett olmuşdur. Şerif 1881-ci ilin 14 iyununda qulduru qətlə yetirdikdən sonra, onun tərcümeyi-halını dərc etdirmişdir. Bu tərcümeyi-hal sonralar bandit B.Kidə şöhrət gətirmiş və onu Vəhşi Qərbin rəmzlərindən birinə çevrilmişdir. P.Qerrettin xələfləri B.Riçardsonun əleyhinə çıxmış və quldurun əfv edilməsi ilə qanun keşikçisi olan uzaq qohumlarının qatil adlandırılacağından ehtiyat etdiklərini bildirmişlər.

Digər xəbərlər