PDF Oxu

Dünya

  • 740

Podpolkovnik Obamanın "qeyri-qanuni" əmrini yerinə yetirməyib

Podpolkovnik Obamanın "qeyri-qanuni" əmrini yerinə yetirməyib
"USA Today" nəşrinin məlumatına görə, ABŞ quru qoşunları podpolkovniki Terrens Lakin yüksək vəzifəli komandirin əmrini yerinə yeritməməsi ilə bağlı ittihamı etiraf etmişdir. Xatırladırıq ki, T.Lakin orduda həkim vəzifəsini daşıyır və tribunala, Əfqanıstana hərbi xidmətə getmək haqda sərəncamdan imtina etdikdən sonra düşmüşdür. O, bu hərəkətini qeyri-legitim prezident Barak Obamadan sərəncam alması ilə əlaqələndirmişdir. Onun dediyinə görə, Obama ABŞ hüdudlarından kənarda doğulduğu üçün bu ölkədə nə dövlət başçısı, nə də silahlı qüvvələrin komandanı olmaq hüququna malik deyil. Podpolkovnik T.Lakin öz etirazı ilə B.Obamanı ictimaiyyət məhkəməsinə çəkmək istədiyini bildirmişdir. Ancaq onun bu niyyəti baş tutmamış, zabit tribunal qarşısında cavab verməli olmuşdur. Dekabrın 15-də keçirilən məhkəmə dinləmələrində T.Lakin əmri yerinə yetirməməkdə günahkar olduğunu, ancaq ABŞ-ın 44-cü prezidentinin legitimliyinə şübhə ilə yanaşdığını bildirmişdir. Podpolkovnikin vəkilinin dediyinə görə, T.Lakinə onunla bu tərzdə rəftar edən "dövlət quruluşu sistemindən narazı qaldığını" bildirmişdir. İttiham aktına görə, T.Lakini 18 ay müddətində azadlıqdan məhrumedilmə cəzasının verilməsi və onun hərbi xidmətdən icbari tərzdə kənarlaşdırılması gözlənilir. Rəsmi məlumata görə, B.Obama 1961-ci ildə Qonoluluda, 2 il əvvəl, Qavayti ABŞ ştatı olduqdan sonra doğulmuşdur.

Digər xəbərlər