PDF Oxu

Dünya

  • 613

İranda terrorçu 38 zəvvarın ölümünə səbəb olub

İranda terrorçu 38 zəvvarın ölümünə səbəb olub
"BBC Nyus" informasiya agentliyinin yaydığı məlumata görə, terrorçu-kamikadze İranın Çabahar şəhərində Aşura günü ilə əlaqədar məscidə gedən zəvvarlar içərisində partlayıcı qurğunu işə salmışdır. İlkin məlumata görə, 38 nəfər həlak olmuşdur. Ölənlər arasında qadın və uşaqlar da vardır. Ehtimal edilir ki, terror aktı Aşura mərasimini ziyarət edən şiə müsəlmanlarına qarşı törədilmişdir. Xatırladırıq ki, Aşura günündə Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseynin anım günü keçirilir. İran polisi terrorçuların iki nəfər olduğunu bildirir. Polis onlardan birini tutmağa nail olmuşdur. İkinci isə, partlayıcı qurğunu işə salmağa macal tapmışdır.

Digər xəbərlər