PDF Oxu

Dünya

  • 870

Alman islamçıları Angela Merkelə qarğış töküblər

Alman islamçıları Angela Merkelə qarğış töküblər
"Şpigel" qəzetinin yazdığına görə, Almaniyada "Cənnətə Dəvət" radikal müsəlman birliyinin başçısı Pyer Forgel öz saytında ölkə kansleri Angela Merkelə videomüraciət ünvanlamışdır. O öz müraciətində Almaniya hökumətini onun təşkilat üzvlərinin xidməti otaqlarında və fərdi mənzillərində axtarışlar aparmaqda ittiham etmişdir. Axtarışlar dekabrın 14-də üç federal torpaqda eyni vaxtda aparılmışdır. Buraya Bremen, Şimali Reyn-Vestfaliya və Aşağı Saksoniya şəhrləri daxildir. "Cənnətə Dəvət" təşkilatından başqa, Bremendəki "İslam Mədəniyyət Mərkəzi"ndə də axtarışlar aparılmışdır. Hakimiyyət dairələri belə hesab edirlər ki, bu təşkilatlar Almaniya Konstitusiyasında əks etdirilən dövlət quruluşunu məhv etmək niyyətini gerçəkləşdirmək və onun yerində teokratik islam dövləti yaratmaq məqsədi güdürlər. "Taqesşau" alman qəzetinin yazdığına görə, "Cənnətə Dəvət" təşkilatının üzvləri fundamental islam cərəyanı olan sələfizmin ardıcıllarıdır. Onlar islamı yeganə universal qaydalar sistemində qəbul edir və qanunları insanların yox, Allahın yaratmalı olduğuna üstünlük verərək, parlament demokratiyasını inkar edirlər. "Cənnətə Dəvət" təşkilatının başçısı P.Fogel öz vidiomüraciətində hökumətin apardığı axtarışları "demokratiyaya təhqir" kimi qiymətləndirmişdir. O, A.Merkel və Almaniyanın digər güc strukturu nümayəndələrinə müraciətlə demişdir: "Əgər siz islam dinini qəbul etmədən vəfat etsəniz, cəhənnəmə düşərək, ağlınıza da gətirə bilməyəcəyiniz əzab və iztirablar içərisində qovrulacaqsınız". Almaniya daxili işlər naziri Tomas de Mezyer gələcəkdə bu təşkilatın fəaliyyətinin qadağan ediləcəyini istisna etmədiyini bildirmişdir. Almaniya konstitusiyasını mühafizə təşkilatı əməkdaşları təşkilatın ölkə ərazisində fəaliyyətini öz nəzarətləri altında saxlamışdır. Onlar F.Fogelin cihad ideyasını yaymasından ehtiyat edirlər. F.Fogelin özü, bir müddət əvvəl, islamçılığın terrorçuluqla heç bir əlaqəsinin olmadığını bəyan etmişdir.

Digər xəbərlər