PDF Oxu

Dünya

  • 628

Berluskoniyə etimad kütləvi qanun pozuntusuna çevrilib

Berluskoniyə etimad kütləvi qanun pozuntusuna çevrilib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, dekabrın 14-də axşam Romada polislə etirazçılar arasında baş vermiş toqquşma nəticəsində ən azı 90 nəfər xəsarət almışdır. Qarşıdurma İtaliya parlamentinin ölkənin baş naziri Silvio Berluskoniyə etimad göstərmədikdən sonra baş vermişdir.
Həmin gün Deputatlar Palatasında 314 nəfər hökumətə etimad göstərmiş, 311 nəfər isə əleyhinə səs vermişdir. Senatda isə S.Berluskoniyə 308 senatordan 162 nəfəri səs vermişdir. Polisin məlumatına görə, xəsarət alanların yarıdan çoxu polis əməkdaşı olmuşdur. Etiraz aksiyası keçirənlərin 41 nəfəri həbs edilmiş, 22 nəfəri isə xəstəxanaya düşmüşdür.
Üzləri şlemli etiraz edən motosiklçilər "Ar olsun!" qışqıraraq, polislərin üzərinə daş və içərisində boyaqlar olan şüşə qablar atırdılar. Polis isə nümayişçilərin üzərinə tüstü buraxan fişənglər atırdılar. Qarşıdurma nəticəsində bir neçə avtomobil yandırılmışdır. Bir polis furqonu və zibildaşıyan da yandırılanların arasında olmuşdur. Qarşıdurma, əsasən, İtaliya paytaxtının mərkəzi hissəsində baş vermiş və turistləri qorxutmuşdur.
Etiraz aksiyası təşkilatçılarının dediklərinə görə, nümayişdə 100 nəfərə yaxın adam iştirak etmişdir. Roma meri Canni Alemannonun dediyinə görə, son dəfə bu cür qanun pozuntusunun 1970-ci ildə görmüşdür. Etiraz aksiyaları İtaliyanın Bari, Genuya, Neapol və Turin şəhərlərində də keçirilmişdir.
Xatırladırıq ki, S.Berluskoniyə etimad məsələsinə ilk dəfə cari ilin sentyabrında baxılmış və Deputatlar Palatasının 630 üzvündən yalnız 342 nəfəri etimad göstərmişdir. Baş nazirin əleyhdarları S.Berluskonini ölkəni iqtisadi böhrandan çıxara bilməməkdə, korrupsiya və seksual qalmaqallarda ittiham edirlər.

Digər xəbərlər