PDF Oxu

Dünya

  • 645

Slovakiya partiya lideri avrodan imtina etməyi təklif edib

Slovakiya partiya lideri avrodan imtina etməyi təklif edib
"Röyters" informasiya agentliyinin yaydığı məlumata görə, Slovakiya parlamentinin deputatı və Azadlıq və Həmrəylik Partiyasının lideri Lixard Sulik "Nospodarske Novinu" qəzetində dərc etdirdiyi məqalədə yazmışdır ki, Mərkəzi Avropa Bankı Yunanıstan və İrlandiyanı böhrandan xilas etdiyi kimi İspaniyanı da xilas edənə qədər ölkə rəhbərliyi vahid avro kursundan imtina etmişdir. L.Sulik Mərkəzi Avropa Bankının dövlət istiqrazlarının satışı proqramının avro üçün böyük risk olduğunu qeyd edərək, onu tənqid atəşinə tutmuşdur. İspaniyanın maliyyə naziri İvan Mikloş da, öz növbəsində, Avropa zonasından çıxmağın mümkünlüyündən bəhs etmişdir. Bununla yanaşı, nazir qeyd etmişdir ki, Avropa ölkələri ciddi maliyyə problemləri ilə üzləşsələr də, o, Avropa zonasının ayaq üstə dura biləcəyinə inandığını bildirmişdir. Xatırladırıq ki, Avropa Birliyi son bir neçə ay ərzində İrlandiya və Yunanıstana böyük məbləğdə kredit buraxmışdır. Kreditin ümumi məbləği 200 milyard avro həddində olmuşdur. Son vaxtlar Portuqaliya və İspaniyanın da iqtisadi böhran vəziyyətində olması Avropa valyutasının sınaqlarla üzləşməsinə səbəb ola bilər. Slovakiya Avropa Birliyinə 2009-cu ildə qoşulmuşdur.

Digər xəbərlər