PDF Oxu

Dünya

  • 712

Afina tətilləri ictimai nəqliyyatın hərəkətini iflic vəziyyətinə salıb

Afina tətilləri ictimai nəqliyyatın hərəkətini iflic vəziyyətinə salıb
"Röyters" informasiya agentliyinin yaydığı məlumata görə, Yunanıstan nəqliyyat xidməti əməkdaşlarının tətili Afinada ictimai nəqliyyatın hərəkətini iflic vəziyyətinə salmışdır. Yunanıstanın bir çox şəhərlərində avtobus, tramvay və metro qatarları işləmir. Afinada tətil dekabrın 13-də başlanmış və 24 saat davam etmişdir. Aksiya iştirakçıları hökuməti nəqliyyat sitemi əməkdaşlarının əməkhaqlarının miqdarını aşağı salmaqda və iş vaxtlarını ixtisar etməkdə ittiham edirlər. Etiraz aksiyasında jurnalistlər və kommunal xidmət əməkdaşları da iştirak edirlər. "Frans Press" agentliyinin məlumatına görə, hökumət kommunal xidmət sahəsində çalışanların əməkhaqlarını 25 % azaltmağı və iş yerlərinin miqdarını azaltmağı nəzərdə tutur. Agentlik qeyd edir ki, bu qayda o şəxslərə tətbiq ediləcək ki, onların əməkhaqlarının miqdarı ay ərzində 1800 avrodan çox olsun. Büdcə kəsirinin azaldılmasını və əməkhaqlarının endirilməsini Avropa Birliyi tələb edir. Çünki 2010-cu ilin yazında AB maliyyə böhranını aradan qaldırmaq üçün Yunanıstana bir neçə milyard kredit buraxmışdı. May ayından etibarən ölkədə ondan çox tətil elan edilmiş və nümayiş keçirilmişdir. Etiraz aksiyalarının davam etdiriləcəyi gözlənilir.

Digər xəbərlər