PDF Oxu

Dünya

  • 618

Küveyt Toni Bleyerə 27 milyon funt ödəyəcək

Küveyt Toni Bleyerə 27 milyon funt ödəyəcək
"The Dailu Mail" qəzetinin yazdığına görə, Küveyt hökuməti Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyerin konsaltinq kompaniyasına dövlət idarəçiliyi sahəsindəki məsləhətlərinə görə 27 min funt sterlinq ödəyəcəkdir. Küveyt Londonun "Tonu Blair Associates" kompaniyasının ilk müştərisidir. Bu kompaniya "Küveytin Perspektivləri-2035" mövzusu üzrə məruzə hazırlayır. 25 il ərzində gerçəkləşəcəyi nəzərdə tutulan proqram Küveytin iqtisadi inkişafını təmin edəcəkdir. Proqram üzərində iş davam etdirilsə də, müqavilənin qiyməti 27 milyon funt sterlinqi aşmışdır. Bleyerin mətbuat katibi jurnalistlərin məbləği artırdıqlarını bildirir və kompaniyanın proqram üzərində işini başa çatdırmadığını vurğulayır. Onun dediyinə görə, Bleyer komandası hələ bir neçə il Küveytdə işini davam etdirəcəkdir.

Digər xəbərlər