PDF Oxu

Dünya

  • 1 114

Müxalifətin "Xalq Parlamenti" də iflas etdi

Müxalifətin "Xalq Parlamenti" də iflas etdi
Bütün "birlik" ideyaları kimi müxalifətin "Xalq Parlamenti" ideyası da sabun köpüyü kimi üfürülüb məhv oldu. Pənah Hüseynov peşman oldu ki, bu ideyası onu bir az da geri saldı. Bu məsələdə də şəxsi ambisiyalar əsas rol oynadı. Arif Hacıyev Pənah Hüseynovu "Don Kixot" adlandırdı və əli kimə çatırsa, onu bu fikirdən çəkindirdi. Hər şeydən əvvəl, "Xalq Parlamenti"nin yaranmasını zəruri edən heç bir zəruri amil yox idi. Bu, sadəcə olaraq, Pənah Hüseynovun və müəyyən dairələrin əsəbiliyinin, məğlubiyyətinin nəticəsi idi. Təsəvvür edin, "Xalq Parlamenti"nin yaradılması çağırışından sonra "birlik" yaranmaq əvəzinə, əksinə, müxalifət partiyalarında istefalar, parçalanmalar baş verdi. Əslində, Pənah Hüseynovun bu fikri irəli sürməkdə məqsədi o idi ki, müxalifət funksionerlərini öz ətrafına çəksin. Pənah Hüseynov iki məsələdə həddindən artıq çox maraqlı idi. Birincisi, Müsavatın müxalifət partiyası olaraq "çəkisi"ni aşağı salmaq, Xalq Partiyasının nüfuzunu artırmaq və tanınmışları bura cəlb etmək. İkincisi, "Yeni Müsavat" qəzetinin bundan sonrakı fəaliyyətini özünə və partiyasının siyasətinə uyğun müəyyənləşdirmək. Lakin Pənah Hüseynov bildirdi ki, Rauf Arifoğlu onun "işin"ə yaramayacaq. Ona görə də Rauf Arifoğlunun qardaşı Azər Abbasovu öz yanına çəkmək istədi. Bundan başqa bu ideya Pənah Hüseynov üçün yeyinti mənbəyi idi. Belə ki, o, fikirləşirdi ki, xaricdən qrant almaq onun üçün asan olar. Digər tərəfdən, o "Xalq Prlamenti"ni özünün Xalq Partiyası nəzdində yaratmaq istəyirdi. Bu gizli fikir ilk olaraq çoxlarını düşündürmədi. Lakin daha sonra hər şey ortaya çıxdı. Əldə etdiyimiz məlumata əsasən "Xalq Parlamenti"ndə İsa Qəmbərovu, Əli Kərimovu, Arif Hacıyevi, Fuad Qəhrəmanlını qəti olaraq görmək istəmirdi. O istəyirdi ki, "Xalq Parlamenti"ndə Sərdar Cəlaloğlu, Həsən Kərimov, Sülhəddin Əkbər və başqa bir neçə nəfər təmsil olunsun. Amma Sülhəddin Əkbər istefa verərək, yeni partiya yaradacağını bildirdi. İqbal Ağazadə isə, nəinki "Xalq Parlamenti"ndə heç Milli Məclisdə də kiminləsə əməkdaşlığa razı olmadı. Buna görə də İsa Qəmbərov bütün "siyasəti"ni işə salaraq "Xalq Parlamenti"nin fəaliyyət göstərməsini əngəllədi. İsa Qəmbərov bu haqda deyirmiş ki, yeganə parlament var, o da Müsavatdır və üzv olmaq istəyən gəlsin. İsa Qəmbərov Pənah Hüseynovun əleyhinə yaxşı kampaniya da apardı. Daxil olan məlumata əsasən, deyilir ki, Pənah Hüseynov İsa Qəmbərovdan qorxur. Yəni Pənah Hüseynov İsa "bəy"lə razılaşmasaydı, "Xalq Parlamenti" ideyasından əl çəkməsəydi, o zaman Pənah Hüseynov son dərəcə iyrənc formada "Yeni Müsavat" qəzetində şantaj olunacaqdı. Sülhəddin Əkbər və İbrahim İbrahimli yeganə şəxsər idi ki, Rauf Arifoğlu başda olmaqla, bütün "Yeni Müsavat" və Müsavat partiyası onları şantajla qorxuda bilmirdilər. Bu da belə, "Xalq Parlamenti" də Pənah Hüseynovun mandatının dalınca getdi. "Yaşasın şəxsiyyətsiz şəxsiyyətlər yuvası Müsavat!" İsa "bəy" bilirmi ki, onu-bunu şantaj etməklə, heç nəyə nail olmayacaq? Əgər İsa "bəy"in özü şantaj olunsa, onda gərək ölsün, bir kəndir alıb özünü assın. Onun vətən xaini olduğunu hamı bilir, hələ başqa o qədər xainlikləri var ki, desək, ayıb olar. Söz verirəm, İsa "bəy"in elə bir cinayətini yazacam ki, tüstüsü daz təpəsindən çıxacaq. Onda Pənah Hüseynov sevindiyindən qoz ağacına dırmaşacaq.

Digər xəbərlər