PDF Oxu

Dünya

  • 831

İnquşetiya prezidenti respublikada 30 silahlının olduğunu bildirib

İnquşetiya prezidenti respublikada 30 silahlının olduğunu bildirib
"Komsomolskaya Pravda" qəzetinə müsahibə verən İnquşetiya prezidenti Yunusbəy Evakurov respublika ərazisində 30 nəfərə yaxın qeyri-qanuni silahlının olduğunu bəyan etmişdir. Prezidentin dediyinə görə, hər bir silahlının ən azı beş qohumu ona dəstəkçi olur. Y.Evakurov İnquşetiyada ağır cinayətlərin get-gedə azaldığını və ölkədə vəziyyətin yaxşılığa doğru dəyişdiyini bildirmişdir. Onun dediyinə görə, 2009-cu ildə hüquq-mühafizə orqanı əməkdaşlarının 143 nəfərinin həyatına qəsd edilmişdir. Prezident bu cinayətlərin 104-nün üstünün açıldığını vurğulamışdır. Y.Evakurov 2010-cu ildə cəmi 100 cinayət hadisəsinin qeydiyyata alındığını və onların 40-nın üstünün açıldığını bildirmişdir. İnquşetiya prezidenti respublika ərazisində fəal ekstremizm ideoloqlarının qalmadığını bəyan etmişdir. Onun dediyinə görə, İnquşetiya ərazisində mövcud olan "təriqət"lərə 70-dək üzv daxildir ki, hakimiyyət orqaqları mütəmadi olaraq onlarla iş aparır.

Digər xəbərlər