PDF Oxu

Dünya

  • 936

Rusiya müxalifəti vahid partiyada birləşib

Rusiya müxalifəti vahid partiyada birləşib
RİA "Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, Rusiya müxalifətinin nümayəndələri dekabrın 13-də "Xalq Azadlıq Partiyası" adlı qurum təsis etmişlər. Bu siyasi birliyin yaradılması haqqında qərar "Xaos və Korrupsiyasız Rusiya Uğrunda" demokratik koalisiyanın yığıncağında qəbul edilmişdir. "Xalq Azadlıq Partiyası"nın təsdiq edilməsində Rusiya Federasiyasının 51 regionunun 168 koalisiya nümayəndəsi iştirak etmişdir. Bir müddət sonra yeni partiyanın proqram və nizamnaməsi təsdiq ediləcəkdir. Partiyanın regional şöbələrinin də yaradılması nəzərdə tutulur. Yeni partiyanın RF Ədliyyə Nazirliyində qeydiyyata alınması ilə əlaqədar koalisiya liderlərindən biri olan Mixail Kasyanov demişdir ki, uğursuzluqla üzləşəcəyimiz təqdirdə, biz koalisiya dairəsində mübarizəmizi davam etdirəcəyik. Digər müxalifət lideri Boris Nemtsov qeydiyyat məsələsi ilə əlaqadar demişdir: "Əgər təsis etdiyimiz partiyanı qeydiyyata götürməsək, o zaman gərək hakimiyyət dairələri parlament və prezident seçkilərinin qeyri-legitimliyini qəbul etsinlər." "Xaos və Korrupsiyasız Rusiya Uğrunda" adlanan demokratik qüvvələr koalisiyası sentyabrın ortalarında yaranmışdır. Qurumun yaradıcıları Boris Nemtsov, Vladimir Rıjkov, Vladimir Mirov və Mixail Kasyanov olmuşlar. Koalisiya "Həmrəylik", "Demokratik Seçki", Respublikaçılar Partiyası və Rusiya Xalq -Demokratik Birliyi hərəkatlarının bazası əsasında yaranmışdır. Koalisiya üzvləri prezident seçkilərində öz namizədlərini irəli sürəcəklər.

Digər xəbərlər