PDF Oxu

Dünya

  • 944

Le Penin qızı müsəlmanları alman işğalçıları ilə müqayisə edib

Le Penin qızı müsəlmanları alman işğalçıları ilə müqayisə edib
Ultarasağ Milli Fransa Cəbhəsi Partiyasının lideri Jan-Mari Le Penin qızı Marin Lion şəhərində keçirilən mitinqdə Fransada yaşayan müsəlmanları İkinci Dünya müharibəsindəki alman işğalçıları ilə müqayisə etmişdir. Bu məlumatı dekabrın 13-də "The Dailu Teleqraf" qəzeti öz səhifələrində dərc etmişdir. Marinin dediyinə görə, kim İkinci Dünya müharibəsi və işğalçılıqdan danışırsa, mühacirlərin kütləvi zorakılıqlarına diqqətlə baxarsa, burada işğalçılıq elementləri aşkar edəcəkdir. Onun dediyinə görə, bu işğal tanklarsız və əsgərlərsiz olsa da, mahiyyəti dəyişməz qalır. Marin belə hesab edir ki, bu cür kütləvi zorakılıqların ağırlığı yerli əhalinin çiyinlərinə düşür. 42 yaşlı qadın siyasətçinin bu bəyanatı iqtidarda olan Nikolya Sarkozinin "Xalq Hərəkatını Dəstək Birliyi", sosialistlər və "yaşıllar"ın etirazına səbəb olub. Hazırda Mari Ultarasağ Milli Fransa Cəbhəsi Partiyasının sədr müavini vəzifəsini daşımaqla Avropa Parlamentinin deputatı vəzifəsini daşıyır. Bu partiyanın hazırkı lideri bir neçə dəfə rasizm və antisemitizm mövqeyinə görə, həbs edilmişdir. Buna baxmayaraq, o, 2002-ci ildə Fransada keçirilən prezident seçkilərində ikinci yeri tutmuşdur. Onun qızı Mari 2011-ci ilin yanvarında partiya sədri vəzifəsini qəbul edəcəkdir.

Digər xəbərlər