PDF Oxu

Dünya

  • 740

Çikaqoda qar yağması nəticəsində 1,4 min aviareys təxirə salınıb

Çikaqoda qar yağması nəticəsində 1,4 min aviareys təxirə salınıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Amerikanın Orta Qərb hissəsində tüğyan edən qar çovğunu dekabrın 12-də İllinoys ştatının Çikaqo aeroportunda 1400-dən çox aviareysin təxirə salınması ilə nəticələnmişdir. Agentliyin qeydinə görə, İllinoysda Minnesota və Ayova ştatlarına gedən magistral yol bağlanmışdır.
Güclü qar yağması və yolun sürüşkən olması nəticəsində Viskonsiya ştatının yollarında hərəkət iflic vəziyyətinə düşmüşdür. Ötən gün ərzində bu yolda bir neçə böyük qəza baş vermiş, nəticədə iki nəfər həlak olmuş, bir neçə nəfər yaralanmışdır. Ştatın şimal və mərkəzi hissəsinə 46 santimetr qalınlığında qar düşmüşdür.
"CNN" agentliyi məlumat vermişdir ki, Minnesota ştatına yağan qarın qalınlığı 58 santimetr olmuşdur. Bazar gecəsinə keçən gecə burada hərarət mənfi 30 dərəcəyə enmişdir. 64 min tamaşaçı tutumu olan "Metrodome" idman kompleksinin damı çökmüşdür. Burada keçirilən idman tədbirləri təxirə salınmışdır.

Digər xəbərlər