PDF Oxu

Dünya

  • 946

Pridnestrovyedə parlament seçkiləri baş tutub

Pridnestrovyedə parlament seçkiləri baş tutub
"RİA-Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, dekabrın 12-də tanınmamış Pridnestrovye Respublikasında parlament seçkiləri keçirilmişdir. Əhalinin 42,6 faizi seçkilərdə iştirak etmişdir. Məlumatı agentliyə MSK sədri Pyotr Denisenko ötürmüşdür. MSK sədrinin dediyinə görə, hər hansı qanun pozuntusu müşahidə edilməmişdir. O demişdir ki, evlərində səs vermək istəyənlərin bir çoxu öz niyyətlərini gerçəkləşdirməyə nail olmamışdır. Yerli seçki məntəqələrinin təşkilatçıları bu müraciətlərin hamısını təmin edə bilməmişdir. "Adları müəyyən edilmiş həmin şəxslər bundan sonra seçki məntəqələrinə buraxılmayacaqlar" deyə P.Denisenko vurğulamışdır. Parlament seçkilərinin baş tutduğunu müəyyən etmək üçün 43 dairənin hər birində seçicilərin 25 faizi iştirak etməlidir. Pridnestrovye Respublikası Parlamentinin 43 deputat yeri uğrunda 120 namizəd mübarizə aparır. Qanunçuluğa əsasən, seçkilər beş ildən bir keçirilməlidir. Respublikada 400 min nəfərdən çox seçici hüquqlu vətəndaş var.

Digər xəbərlər