PDF Oxu

Dünya

  • 898

Haitidə bütün aeroportlarda uçuşlar dayandırılıb

Haitidə bütün aeroportlarda uçuşlar dayandırılıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Haitidə prezident seçkilərinin birinci turu ilə əlaqədar genişlənməkdə olan kütləvi etiraz aksiyalarından sonra hakimiyyət dairələri ölkə ərazisində aeroportların hamısının bağlanılması haqda sərəncam vermişlər. Haiti aeroportları dekabrın 8-dən etibarən uçuşları dayandırmışdır. "American Airlines" Amerika aviakompaniyası öz təyyarələrini Port-o-Prens aeroportundan uçuşlarını təxirə salmalı olmuşlar. Təhlükəsizlik baxımından analoji addımı Kanadanın "Air Transat" aviakompaniyası da atmışdır. Kanada təyyarələri Haiti paytaxtı ilə Monreal arasında uçuşlar həyata keçirir və burada yaşayan Haiti icmasının əhalisini Port-o Prensə çatdırmaqla məşğuldurlar.
Karib hövzəsi dövləti paytaxtında baş vermiş qanun pozuntuları dekabrın 7-də başlanmışdır. Məhz həmin gün noyabrın 28-də keçirilmiş prezident seçkilərinin ilk turunun nəticələri elan edilmişdir. Hazırda iqtidarda olan Haiti prezidenti Rene Prevalın dəstəklədiyi Jyud Selesten və ölkənin keçmiş birinci ledisi Mirland Maniqa seçkilərin ikinci turuna keçmişdir. Bu, prezident kürsüsü uğrunda mübarizə aparan və ikinci tura keçməyən müğənni Mişel Martellinin kəskin etirazına səbəb olmuşdur. Görünür, seçkilərdə tutduğu üçüncü yer onu qane etməmişdir.
"Şirin Mayki" təxəllüsü daşıyan müğənni M.Martelli tərəfdarları hakimiyyət dairələrini səsvermənin nəticələrini saxtalaşdırmaqda ittiham etmiş və minlərlə Haiti sakinini ölkə şəhərlərinin küçələrinə çıxarmışlar. Bir çox şəhərlərdə keçirilən etiraz aksiyaları yanğınlarla müşayiət edilən talanlara çevrilmiş, nəticədə, polislə toqquşma qaçılmaz olmuşdur. Agentliyin məlumatına görə, küçə döyüşləri zamanı ən azı 4 nəfər həlak olmuşdur.

Digər xəbərlər