PDF Oxu

Dünya

  • 835

Nümayəndələr Palatası Quantanamonun bağlanmasını təxirə salıb

Nümayəndələr Palatası Quantanamonun bağlanmasını təxirə salıb
ABŞ Konqresinin Nümayəndələr Palatası dekabrın 8-də Quantanamo məhbuslarına hər hansı bir büdcə vəsaitinin ötürülməsini qadağan edən qanun layihəsinə səs vermişdir. "Tne Waşinqton Post" qəzetinin yazdığına görə, palata üzvləri bu hərəkətləri ilə Quantanamo məhbuslarının işlərinə ABŞ məhkəmələrində baxılması əleyhinə olduqlarını ifadə etmişlər. Bu da, o deməkdir ki, onlar Quantanamo həbsxanasının bağlanmasını istəmirlər. Qanun layihəsinin lehinə 212, əleyhinə isə 206 konqresmen səs vermişdir. "BBC News" agentliyinin məlumatına görə, nümayəndələr palatasının qəbul etmiş olduğu qərar Senatda təsdiq olunarsa, Quantanamo məhbuslarının Amerika həbsxanalarına köçürülərək maliyyələşdirilməsi, ən azı 2011-ci ilin oktyabrınadək dondurulacaq. ABŞ prezident administrasiyası Nümayəndələr Palatasının bu qərarına kəskin münasibət bildirmişdir. Ədliyyə Nazirliyinin nümayəndəsinin dediyinə görə, bu cür qərar ehtimal olunan terrorçunun Amerika ədalət məhkəməsi tərəfindən məsuliyyətə cəlb edilməsi imkanını məhdudlaşdırır. "Tne Waşinqton Post" qəzetinin yazdığına görə, konqresmenlərin bu münasibəti Barak Obamanın Quantanamo həbsxanasının bağlanması haqqındakı seçkiönü vədlərindən birini yerinə yetirilməsinə maneçilik törətmiş olardı.

Digər xəbərlər