PDF Oxu

Dünya

  • 838

Çili həbsxanasında 81 məhbus həlak olub

Çili həbsxanasında 81 məhbus həlak olub
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Çili həbsxanalarından birində baş vermiş yanğın nəticəsində ən azı 81 məhbus həlak olmuşdur. Rəsmi dairələrin məlumatına görə, ölüm hadisələrinin əksəriyyəti məhbusların boğulmaları ilə bağlı olmuşdur. Yanğın dekabrın 8-də Santyaqonun "San Migel" həbsxanasının üçüncü mərtəbəsində baş vermişidir. "Los Andes" adlı yerli qəzetin yazdığına görə, yanğın zamanı 200 nəfərədək məhbus evakuasiya edilmişdir. Hadisə yerində xilasedici xidmət əməkdaşları fəaliyyət göstərir. Agentliyin məlumatına görə, paytaxtın mərkəzi hissəsinin cənubunda yerləşən həbsxanada 2900 məhbus saxlanılır.

Digər xəbərlər