Yəhudi və müsəlmanlara bir-biriləri ilə daha çox ünsiyyət qurmaları təklif edilib
Avropa Yəhudiləri Konqresinin (AYK) prezidenti Vyaçeslav Kantor Brüsseldə Avropa yəhudi və müsəlman liderlərinin toplantısında etdiyi çıxışı zamanı Avropa dövlətlərinə müraciət edərək, müsəlman-yəhudi münasibətlərini yaxşılaşdırmağa çağırmışdır. "Mən yəhudi və müsəlmanları bir-biriləri ilə daha çox ünsiyyət yaratmağa, bir-biriləri haqqında isə daha az danışmalarını vacib hesab edirəm.
Barmağınla əks tərəfi göstərərək, onun planetdə bütün bədxahlıqların baisi olduğunu qeyd etmək sadə və münasib ola bilər, ancaq bu, səhvdir və məhsuldar deyil" deyə V.Kantor bildirmişdir. Onun dediyinə görə, tolerantlığın və sülhsevərliyin kökü Avropa cəmiyyətində uşaq bağçalarından tərbiyə edilməlidir.
V.Kantor başlıca amili tarixi həqiqət olduğunu bildirir. Onun fikrincə, razılığa gəlmək üçün müvafiq qanunçuluğa əməl etmək lazımdır: "Yaxşı bilirik ki, siyasi liderlər sülh sazişi əldə edə bilmirlər. Buna görə də diplomatiyadan yüksək olan daha bir addım atmaq lazımdır. Bu, hər şeydən yüksək olan qanunçuluqdur. Avropada tolerantlıq və sülhsevərlik yönündə güclü qanun yoxdur. Ancaq biz sülh prosesini keçməliyik. Bizim üçün başlıcası bilik ağacını yetişdirməkdir. Ancaq bu halda, ağac inkişaf edəcək və məhsul verəcək." V.Kantor belə hesab edir ki, bu məqsədlərə çatmağın yeganə yolu Avropada xüsusi təhlükəsizlik və tolerantlıq universiteti yaratmaqdır.
Brüsseldə yığıncaq dekabrın 6-da keçirilmişdir. Yığıncağın təşkilatçıları AYK, Avropa Yəhudi Fondu (AYF), Ümumdünya Yəhudi Konqresi (ÜYK) və Millətlərarası Əməkdaşlıq Fondu (MƏF) olmuşdur. Avropa Şurasının sədri Helman van Rompey də yığıncaqda iştirak etmişdir.