PDF Oxu

Dünya

  • 779

Karl Şapiro aldadılmış ödəncçilərin 625 milyon dollarını qaytarmağa razılıq verib

Karl Şapiro aldadılmış ödəncçilərin 625 milyon dollarını qaytarmağa razılıq verib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumat görə, biznesmen Bernard Meydoffun yaxın işgüzar dostu 97 yaşlı biznesmen Karl Şapiro aldadılmış ödənc sahiblərinin 625 milyon dollar məbləğində pullarını qaytarmağa razılıq vermişdir. Dekabrın 7-də bu məlumatı aldadılmış ödənc sahiblərinə, onların maraqlarını təmin edən və müvəqqəti olaraq icraçısı vəzifəsində işləyən Meydoff İrvinq Pikard çatdırmışdır. Onun dediyinə görə, K.Şapiro fonda 550 milyon dollar göndərəcək, qalan 75 milyon dollar isə federal büdcəyə keçiriləcəkdir. K.Şapiro və B.Meydoff 1961-ci ildən əməkdaşlıq edirlər. 2008-ci ilin dekabrında B.Meydoff 50 milyard dolları xərcləməkdə şübhəli bilinərək həbs edilmişdi. 2009-cu ilin iyununda, o, 150 il müddətinə azadlıqdan məhrum edilmişdir.

Digər xəbərlər