PDF Oxu

Dünya

  • 773

“Ukrayna “Varlı ölkələr klubu”na daxil olmağa hazırlaşır

“Ukrayna “Varlı ölkələr klubu”na daxil olmağa hazırlaşır
Ukrayna İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (UİƏİT) daxil olmaq haqda danışıqlar aparır. Ukraynanın baş naziri Nikolay Azarov Estoniyanın xarici işlər naziri Urmas Taetlə görüşü zamanı verdiyi bu bəyanat Ukrayna hökumətinin saytında dərc edilmişdir. Çıxışı zamanı N.Azarov Estoniya hökumətini UİƏİT-ə daxil olması münasibətilə təbrik etmişdir. Estoniya bu təşkilata cari ilin iyununda daxil olmuşdur. Bununla əlaqədar N.Azarov demişdir: "Yeri gəlmişkən, bir də UİƏİT-ə girmək niyyətindəyik, hazırda müvafiq danışıqlar aparırıq və gələcəkdə təşkilata daxil olmaq haqda qərar qəbul edəcəyik". UİƏİT 1948-ci ildə yaradılmışdır. Təşkilata inkişaf etmiş bazar iqtisadiyyatı olan 34 demokratik dövlət daxil olmuşdur. Onların arasında Avropa Birliyinin əksər ölkələri, ABŞ, Yaponiya, Avstraliya, Cənubi Koreya və digər dövlətlər vardır. 2007-ci ildə Rusiya təşkilata daxil olmaq üçün danışıqlarda iştirak etsə də, hələlik, UİƏİT-ə qoşulmamışdır. Ukraynada belə hesab edirlər ki, ölkə UİƏİT-ə daxil olmamış əvvəl Avropa Birliyinin sıralarına qoşulmalıdır. Noyabrın axırlarında Avropa Parlamenti Ukraynanın Avropa Birliyinə daxil olmaq haqda əsasnamə layihəsini bəyənmişdir.

Digər xəbərlər