PDF Oxu

Dünya

  • 792

Barak Obama varlıların vergi imtiyazlarını qorumağa razılıq verib

Barak Obama varlıların vergi imtiyazlarını qorumağa razılıq verib
"CNN" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ prezidenti Barak Obama Respublikaçılar Partiyasının ölkənin zəngin vətəndaşlarının vergi imtiyazlarını qorumaq vaxtının uzadılması haqda təklifi ilə razılaşmışdır. Fiziki şəxslər üçün nəzərdə tutulmuş imtiyazlar Corc Buş administrasiyası tərəfindən qanuniləşdirilmişdir. 2011-ci ilin yanvarında bu imtiyazların müddəti başa çatırdı.
B.Obama respublikaçılarla kompromisə gəldikdən sonra, bu müddət daha iki il uzadılacaqdır. Bundan başqa, 13 ay ərzində işsizlərə mövcud sxem üzrə ödənclər verilməkdə davam etdiriləcəkdir. B.Obama keçirdiyi mətbuat konfransında atdığı bu addımı prezident administrasiyası, maliyyə nazirliyi və hər iki palatanın konqresmenləri ilə danışıqlardan sonra gerçəkləşdirildiyini bildirmişdir.
Bir müddət əvvəl, B.Obama il ərzində illik gəliri 200 min dolları aşmış vətəndaşların imtiyazlarını ləğv etməyi təklif edirdi. Son nəticədə isə respublikaçıların təklifləri ilə razılaşaraq, imtiyazların saxlanmasına razılıq vermişdir. Konqresin apardığı hesablamalara görə, bu qərar ABŞ-ın dövlət büdcəsinə 5 trilyon dollar məbləğində zərbə vuracaqdır.

Digər xəbərlər