PDF Oxu

Dünya

  • 965

Özbəkistan fəhlələri zavodun bağlanmasına maneçilik törədiblər

Özbəkistan fəhlələri zavodun bağlanmasına maneçilik törədiblər
"Fərqanə" informasiya agentliyinin məlumatına görə, Özbəkistanın qərbində yerləşən Çimbay şəhərində yerli zavod fəhlələri üsyan qaldırmışdır. Fəhlə həyəcanı zavod sahibkarlarının cihazları aparmağa cəhd etməsindən sonra başlanmışdır. Nəticədə, fəhlələr cihazların aparılmasının qarşısını almışlar. Haqqında söhbət gedən zavodda pambıq yağı və kombikorm istehsal edilir. Zavoda 230 fəhlə çalışırdı. Məhsul alıcıları bura daxil deyil. Yerli əhalinin dediyinə görə, müəssisə sahibləri zavodun cihazlarını qonşu Xarəzm vilayətinə satmaq istəyirdilər. Xatırladırıq ki, Çimbay şəhəri Qaraqalpaq ərazisində yerləşir. Zavodun yoxluğu yerli əhali üçün fəlakətə bərabərdir. Çünki burada iş yeri tapmaq çətindir. Cihazları avtomobillərə yükləyən yad fəhlələri görən zavod işçiləri onlara maneçilik törətmiş, nəticədə, qarşıdurma yaranmışdır. Bundan sonra fəhlələr zavodu yandırmış və onu söndürmək üçün yanğınsöndürənləri çağırmışlar. Son olaraq hadisə yerinə gələn "OMON"-çular hadisə yerinə gələrək, dalaşanları qovmuşlar. "Fərqanə" agentliyinin yazdığına görə, son bir neçə gün ərzində şəhərə güc strukturu əməkdaşları gətirilmişdi. Ancaq hakimiyyət orqanları konflikti qızışdırmaq istəməmişlər. Qanun pozuntusu törədənlərin heç biri həbs edilməmişdir, zavod isə öz iş qrafikini davam etdirmişdir. Yerli sakinlər öz qələbələrini "uzaq günlərin qəhrəmanlıq hadisələri" ilə müqayisə edirlər.

Digər xəbərlər