PDF Oxu

Dünya

  • 1 051

Rusiya səfirliyinə hücum edənlər tapılıb

Rusiya səfirliyinə hücum edənlər tapılıb
"RİA-"Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, 2010-cu ilin avqustunda Belarusdakı Rusiya səfirliyinə hücum edənlər tapılmışdır. Prezident Aleksandr Lukaşenko məlumatın doğruluğunu təsdiq etmişdir. "İnterfaks-Qərb" agentliyinə müsahibə verən A.Lukaşenko RF səfirliyinə hücum edənlərin aşkar edildiklərini və hamısının da öz günahını boyunlarına aldıqlarını bildirmişdir. Nə səbəbə həbs edilənlərin adlarının açıqlanmadığı sualına A.Lukaşenko "Ona görə susuruq ki, bəzi qonşularımız utanmasınlar" cavabını vermişdir. Avqustun 31-də Minskdəki Rusiya səfirliyinin binasına içərisində yanar məhlul olan iki şüşə qab atılmışdır. Onlardan biri bina yaxınlığındakı avtomobilə dəyərək, onu yandırmışdır. Xəsarət alan olmamışdır. Rusiyanın Xarici İşlər Nazirliyi insidentlə əlaqədar cinayətkarların aşkar edilərək, cəzalandırılmalarını tələb etmişdir. A.Lukaşenko isə hadisəni Rusiya tərəfinin törədəcəyi ehtimalını irəli sürmüşdür. Bir müddət sonra Belarus anarxistləri hadisənin məsuliyyətini öz üzərlərinə götürmüşlər. Bundan sonra şübhəli şəxslər saxlanmış və əleyhlərinə cinayət işi qaldırılmışdır. Dekabrın 1-də "Belarus partizanı" qəzetinin yazdığına görə, xuliqanlıqda ittiham edilən Nikolay Dedku, Aleksandr Frantseviç və Maksim Vetkin həbs edilmişlər.

Digər xəbərlər