PDF Oxu

Dünya

  • 1 445

Rusiya Cənubi Osetiyada reaktiv “Smerç" sistemi yerləşdirib

Rusiya Cənubi Osetiyada reaktiv “Smerç" sistemi yerləşdirib
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, Sxinvali yaxınlığında "Smerç" sistemləri ilə təchiz olunmuş Rusiyanın reaktiv artilleriya divizionu yerləşir. Bu divizion Rusiyanın Cənub Federal Dairəsi güc strukturu daxilində fəaliyyət göstərəcəkdir. Sistem Gürcüstan tərəfdən ediləcək mümkün təcavüzün qarşısını almağa yönəldiləcəkdir. Divizionda müqavilə ilə xidmət edən təcrübəli hərbi qulluqçuların olduğu bildirilir. "Smeç" reaktiv sistemi Rusiya silahlı qüvvələri daxilində ən yaxşı silah hesab edilir. "Smeç" 70-90 kilometr məsafədən hədəfi dəqiq vurmaq qabiliyyətindədir. O, hücumu dəf etməklə yanaşı, ərazini tank əleyhinə minalarla təsis etmək imkanındadır. 2008-ci il Rusiya-Gürcüstan arasında baş verən avqust müharibəsindən sonra Cənubi Osetiya ərazisinə Rusiyanın hərbi bazası yerləşdirilmişdir. Rusiya hərbi kontingenti Sxinvali və Cava qarnizonlarında dislokasiya olunur. Baza bu ərazidə 49 il qalacaqdır. Gürcüstan hökuməti Cənubi Osetiyanı öz tərkib hissəsi və orada dislokasiya olunmuş Rusiya ordusunu isə işğalçı ordu hesab edir.

Digər xəbərlər