PDF Oxu

Dünya

  • 987

Kommunistlər və demokratlar Moldova parlamentində bir araya gəldilər

Kommunistlər və demokratlar Moldova parlamentində bir araya gəldilər
"RİA Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, Moldova kommunistləri və demokratları parlament tərkibində sol mərkəzçi koalisiya yaratmışlar. Kommunist Partiyasının lideri Vladimir Voronin və Demokratlar Partiyasının başçısı Marian Lupu ilə razılaşma əldə etdikdən sonra bu niyyət gerçəkləşmişdir. V.Voroninin dediyinə görə, yeni yaranmış koalisiya parlamenti və hökumətin tərkibini formalaşdırmaq imkanında olacaqdır. Yeni koalisiyanın tərkibinə de-fakto 57 deputat qoşulmuşdur. Onların 42 nəfəri kommunistlər, 15 nəfəri isə demokratlardır. Moldova parezidentini seçmək üçün isə 61 deputat səsi lazımdır. Bir müddət əvvəl etdikləri çıxışlarında V.Voronin, M.Lupu çatışmayan 4 səsin "həlli mümkün texniki məsələ" olduğunu bildirmişdilər. Bu partiyalar noyabrın 28-də keçirilmiş parlament seçkilərindən əvvəl də əməkdaşlıq edəcəkləri haqda bəyanatlar verirdilər. Ancaq biri-birilərinin qarşılarına müəyyən şərtlər qoyurdular. Məsələn, V.Voronin M.Lupunu prezident ambisiyalarından çəkinməyə çağırırdı. Hazırda Moldova prezidenti səlahiyyətlərinin müvəqqəti icraçısı Liberal Partiyasının lideri və sonuncudan əvvəlki çağırış parlamentinin spikeri Mixay Gimpudur. Yaxın vaxtlarda Moldova prezidentinin seçiləcəyi ehtimal edilir.

Digər xəbərlər