PDF Oxu

Dünya

  • 986

Co Bayden AFR-in Əfqanıstandakı fəaliyyətini “lüzumsuz zibil” kimi qiymətləndirib

Co Bayden AFR-in Əfqanıstandakı fəaliyyətini “lüzumsuz zibil” kimi qiymətləndirib
"Welt" qəzetinin yazdığına görə, ABŞ-ın vitse-prezidenti Co Bayden Almaniya təlimatçılarının Əfqanıstan polisinin hazırlanmasındakı fəaliyyətini "tam lüzumsuz zibil" kimi xarakterizə etmişdir. C.Baydenin bu ifadələri ABŞ-ın Çili səfirliyində yaxın günlərdə aşkarlanmışdır. Ancaq C.Bayden bu ifadəsini 2009-cu ildə Santyaqoda Böyük Britaniyanın keçmiş baş naziri Qordon Braunla söhbəti əsnasında işlətmişdir. "Welt" redaksiyasına daxil olmuş sənədələrdə deyilir ki, C.Bayden Qərbin Əfqanıstandakı fəaliyyətinə dəfələrlə tənqidi yanaşmışdır. "Birləşmiş Krallıq istisna olunmaqla, Avropa ölkələri Əfqanıstanda passiv fəaliyyət göstərirlər" deyə C.Bayden Q.Brauna bildirmişdir. ABŞ rəsmiləri Almaniyanı dəfələrlə Əfqanıstanda aktiv fəaliyyət göstərməyə çağırmışlar. Onlara təklif edilmişdir ki, Əfqanıstanda hərbi kontingetinin miqdarını artırsınlar. 2010-cu ildə Almaniya Əfqanıstanda hərbi kontingetinin miqdarını 850 nəfər artırmış, 350 nəfər isə ehtiyatda saxlamışdır. Almaniyanın müdafiə naziri Karl-Teodor tsu Quttenberq Berlindəki Amerika səfiri Filipp Merfiyə bildirmişdir ki, AFR-in Əfqanıstandakı hərbi kontingetinin miqdarının artırılmasına ölkənin xarici işlər naziri Gido Vesterverlle maneçilik törədir. Vestervelle isə belə hesab edir ki, dünya ictimaiyyətinin Əfqanıstanda başlıca diqqəti silahlı əməliyyatların miqdarının artırılmasına yox, bu ölkədə siyasi və mülki institutların sayının çoxaldılmasına yönəldilməlidir. Məhz elə buna görə də, Almaniya hökuməti Əfqanıstanda başlıca diqqəti yerli polis kadrlarının artırılmasına yönəltmişdir. Alman təlimatçılarının sayı 120 nəfərdən 200 nəfərə çatdırılmışdır.

Digər xəbərlər