PDF Oxu

Dünya

  • 818

İsraildə baş vermiş yanğınlar zamanı 13 min nəfər əhali evakuasiya edilib

İsraildə baş vermiş yanğınlar zamanı 13 min nəfər əhali evakuasiya edilib
Dekabrın 3-də "Haaretz" qəzetinin yazdığına görə, İsrailin şimalında yerləşən Hayfa ətrafında baş vermiş yanğından sonra 13 min nəfər evakuasiya edilmişdir. Köçürülənlərin 600 nəfəri yerli həbsxanaların məhbusları olmuşdur. Yanğın dekabrın 2-də Hayfa yaxınlığında yerləşən Karmel adlı yaşayış məntəqəsində başlanmışdı. Polisin məlumatına görə, alov, eyni zamanda, 3 müxtəlif yerdə müşahidə edilmişdir. Tezliklə yanğın 2,8 min hektar sahəni öz ağuşuna almışdı. İlkin məlumata görə, avtobusda aparılan 40 məhbus yanaraq həlak olmuşdur. Həlak olanlar arasında iki polis və iki yanğınsöndürmə xidməti əməkdaşı olmuşdur. Daha iki yanğınsöndürmə xidməti əməkdaşı itkin düşmüşdür. Yunanıstan, Kipr, Türkiyə, Rusiya, ABŞ kömək etməyə hazır olduqlarını bəyan etmişlər.

Digər xəbərlər